İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda müqəddəs
Qurban bayramına həsr olunmuş beynəlxalq turnir keçirilib.On iki yaşlı futbolçular arasında təşkil olunan
yarışda “Neftçi İdman Klubu”nun komandası da mübarizə aparıb. İlk görüşdə
Gürcüstanın “Saburtalo” komandasını 3:1 hesabı ilə məğlub edən komandamız növbəti
oyunlarda “Qarabağ” (3:3) və “Səbail”lə (1:1) heç-heçə edərək yarımfinala yüksəlib.
Bu mərhələdə “Neftçi” PFK ilə üz-üzə gələn futbolçularımız rəqibləri üzərində
1:0 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin ediblər. Həlledici
qarşılaşmada Sumqayıtın eyniadlı komandasını 1:0 hesabı ilə məğlubiyyətə
uğradan təmsilçimiz beynəlxalq turnirin qalibi adını qazanıb.Klubumuzun U-11 komandası isə AFFA-nın və “Leon”
Futbol Klubunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının stadionunda keçirilən “Baku Cup”2017 turnirində iştirak edib. AFFA-nın
təşkil etdiyi U-11 Liqasına hazırlıq məqsədi daşıyan turnirdə komandamız ilk
görüşlərdə “Səbail”ə 8:1, “İnter”ə isə 5:2 hesabı ilə qalib gəlib. Sonrakı turlarda
“Vətən”ə 2:5 məğlub olan komandamız “Leon”la heç-heçə edib – 1:1. Yarımfinalda “Qarabağ”
komandasını 8:1 hesablı darmadağınla məğlub edən futbolçularımız finala yüksəliblər.
Bu mərhələdə “Vətən” klubu ilə üz-üzə gələn komandamız 0:5 hesabı ilə məğlub
olub və ikinci yeri tutub.