“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən
neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası davam edir. Qaradağ Təlim-İdman
Bazasında təşkil olunan və 31 müəssisədən 1238 iştirakçının qatıldığı mötəbər
yarışda iştirakçılar 14 idman növü üzrə mübarizə aparırlar.Bu gün – Spartakiadanın üçüncü günündə daha
üç idman növü – voleybol, şahmat və stritbol üzrə yarışlara start verilib.Xatırladaq ki, artıq atletika, üzgüçülük və
futtennis idman növləri üzrə yarışlara yekun vurulub, mini-futbol isə davam
edir.Qeyd edək ki, sentyabrın 14-də dama
yarışlarına start veriləcək.