Neft, qaz və kimya sənayesi işçilərinin XXV
Spartakiadası öz işini davam etdirir. Klubumuzun təşkilatçılığı ilə keçirilən Spartakiadanın
dördüncü günündə daha iki idman növü (şahmat və dama) üzrə qaliblər
müəyyənləşib. Şahmat yarışlarında Heydər Əliyev adına Neft Emalı Zavodu
liderliyə yüksəlib. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci,
Nəqliyyat İdarəsi isə 3-cü yeri tutub. Dama idman növündə “Neft Daşları”
Neftqazçıxarma İdarəsi qalib adını qazanıb. 2-ci və 3-cü yerləri isə bu növdə
də müvafiq olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə Nəqliyyat
İdarəsi bölüşdürüblər.Qeyd edək ki, mini-futbol, voleybol və
stritbol yarışları davam edir. Sabah isə daşqaldırma, darts, kəndirdartma,
stolüstü tennis, nərd və güllə atıcılığı üzrə yarışlara start veriləcək.Xatırladaq ki, sentyabrın 11-də start
götürmüş XXV Spartakiadaya ayın 17-də yekun vurulacaq.