Sloveniyada keçirilən gənc cüdoçuların Avropa birinciliyi başa çatıb.Fərdi yarışların ikinci günündə “Neftçi İdman Klubu”nun Azərbaycan
millisinin heyətində təmsil olunan yetirməsi Zelim Kotsoyev bütün rəqiblərini
məğlub edərək Avropa çempionu adını qazanıb. 100 kq çəki dərəcəsində ölkəmizi
təmsil edən idmançımız Slovakiya, İsveçrə və Polşa təmsilçiləri üzərində qələbə
qazanaraq finala yüksəlib. Həlledici qarşılaşmada Kotsoyev Rusiyanı təmsil edən
erməni əsilli idmançı Arman Adamyanı məğlubiyyətə uğradaraq qitə birinciliyinin
qızıl medalına sahib olub.Xatırladaq ki, yarışın ilk günündə klubumuzun daha iki cüdoçusu mükafata
layiq görülmüşdü. Onlardan Hidayət Heydərov (73 kq) qızıl, Nəzakət Əzizova isə
(52 kq) bürünc medala yiyələnmişdi.