“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə sentyabrın
11-də start götürmüş neft, qaz və kimya sənayesi işçilərinin XXV
Spartakiadasına yekun vuruldu. 31 komandanın mübarizə apardığı mötəbər yarışa
14 idman növü (mini-futbol,
atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və
güllə atıcılığı) üzrə 1238 iştirakçı qatılmışdı ki, onlardan
da 201-i qadınlar idi. Yarışlar Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında,
üzgüçülük növündə “Start” İdman Kompleksində, güllə atıcılığı növündə isə
Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman
Kompleksində keçirildi.Heydər Əliyev adına Neft
Emalı Zavodu (678,5 xal) ümumi komanda hesabında XXV Spartakiadanın qalibi
adını qazandı. Neft Kəmərləri İdarəsi (641,5 xal) 2-ci, “Neft Daşları”
Neftqazçıxarma İdarəsinin komandası (612 xal) isə 3-cü yeri tutdu.Qaliblərə “Neftçi İdman
Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olundu.Bununla da neft, qaz və
kimya sənayesi işçilərinin XXV Spartakiadasına yekun vuruldu.