Serbiyanın paytaxtı Belqradda cüdo üzrə
açıq Avropa çempionatına yekun vurulub. 30 ölkədən 240 idmançının (157 kişi, 83
qadın) qatıldığı yarışda yığma komandamız 17 cüdoçu ilə təmsil olunub.Azərbaycan
millisi qitə çempionatını 1 gümüş və 4 bürünc medalla başa burub.Mükafatçılar
arasında yer almış cüdoçulardan 4-ü “Neftçi İdman Klubu”nun yetirmələridir.
İdmançılarımızdan ağır çəkidə mübarizə aparan Cəlil Şükürov yalnız finalda məğlub
olub və Avropa çempionatının gümüş medalına layiq görülüb. Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva
(48 kq) isə mötəbər turnirdən bürünc medallarla ayrılıblar.