“Qafqaz” Biznes Mərkəzində
(Qafqaz Business Center) yerləşən “Rumya” otelində peşəkarlar arasında muay tay
döyüş növü üzrə reytinq yarışı
keçirilib.”Neftçi İdman Klubu” bu yarışda 8 yetitməsi ilə təmsil olunub. İdmançılarımız
turnirin 6 qızıl və 2 gümüş medalına sahib olublar. Azyaşlılardan Xəzər Niftəliyev, gənclərdən isə Rahib
İbrahimov və Murad Bəhramzadə qalib adını qazanıblar. Kişilər arasında təşkil
olunan yarışda Nicat Heydərov və Yaşar Bayramov qızıl medala yiyələniblər. Mustafa
Məmmədovla Əli Məmmədov isə fəxri
kürsünün ikinci pilləsində qərarlaşıblar.Qeyd edək ki, peşəkarlar
arasında keçirilən yarışda klubumuzun uşu üzrə məşqçisi Rafət Əsədov baş hakim
qismində çıxış edib və “Ən ədalətli hakim” nominasiyasının qalibi olub.