Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə
beynəlxalq Qran-pri turniri başa çatıb.27 ölkədən 183 idmançının (91 kişi, 92
qadın) qatıldığı yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunub.”Neftçi
İdman Klubu”nun yığma komandamızın heyətində yer almış cüdoçusu, 73 kiloqram çəki
dərəcəsində mübarizə aparan Telman Vəliyev Daşkənd Qran-prisinin bürünc
medalına layiq görülüb.