Futbol üzrə Azərbaycan I
Divizionunda ikinci turun oyunları keçirilib.”Qaradağ Lökbatan” bu
turda “Sabah” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman
Bazasının stadionunda təşkil olnan qarşılaşmanın 35-ci dəqiqəsində qonaqlar
Şirməmməd Məmmədovun vurduğu qolla önə keçiblər. Lakin rəqibin üstünlüyü uzun çəkməyib. Cəmi səkkiz dəqiqə
sonra komandamız Coşqun Süleymanovun ifasında bərabərlik qolunu vurub-1:1. Komandalar
elə bu hesabla da fasiləyə yollanıblar. İkinci hissədə oyuna nəzarəti ələ
alan “Qaradağ Lökbatan” matçın 78-ci dəqiqəsində
qələbə qolunu vurub. Bu dəfə Emin Mustafayev fərqlənib-2:1.Qeyd edək ki, ardıcıl ikinci
qələbəsini qazanan komandamız hazırda 6 xalla turnir cədvəlinin vahid
lideridir.