Serbiyanın Novı-Sad şəhərində yeniyetmələr və gənclər
arasında sambo üzrə dünya birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan
yeniyetmə samboçusu Teymur Allahverdiyev mundialın mükafatçıları arasında yer
alıb. 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız əzmkarlıq nümayiş
etdirərək dünya birinciliyinin bürünc medalına layiq görülüb.