“Neftçi İdman Klubu” İctimai Birliyi Azərbaycan idmanına öz töhfələrini
verməkdə davam edir. Ölkənin nüfuzlu idman ocaqlarından olan klubumuzun
yetirmələri ilin ötən müddəti ərzində qazandıqları medalların sayına görə yenə
də liderliklərini qoruyub saxlayıblar.Təmsilçilərimiz 2017-ci ilin doqquz ayı ərzində ölkədaxili və beynəlxalq
səviyyəli yarışlarda uğurla çıxış edərək 371-i qızıl, 275-i gümüş və 346-sı
bürünc olmaqla, ümumilikdə 992 medala sahib olublar. Atletlərimiz bu ilin may
ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında böyük əzmkarlıq nümayiş
etdirərək 59 medala (33 qızıl, 19 gümüş, 7 bürünc) yiyələniblər. İdmançılarımız
dünya yarışlarında 40 (18 qızıl, 15 gümüş, 7 bürünc), Avropa yarışlarında 66 (25
qızıl, 14 gümüş, 27 bürünc), beynəlxalq turnirlərdə isə 124 medal (39 qızıl, 28
gümüş, 57 bürünc) əldə ediblər. Respublika səviyyəli yarışlarda 358 medal (138
qızıl, 107 gümüş, 113 bürünc) qazanan idmançılarımız paytaxt yarışlarında 213 (61
qızıl, 56 gümüş, 96 bürünc), digər yarışlarda isə 132 dəfə (57 qızıl, 36 gümüş,
39 bürünc) fəxri kürsüdə yer alıblar.