Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə”
beynəlxalq turniri davam edir.Mötəbər turnirin ikinci günü klubumuzun daha bir cüdoçusu mükafatçılar
arasında yer alıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov “Böyük
dəbilqə”nin bürünc medalını qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada
belçikalı Dirk Van Tiçelti məğlubiyyətə uğradıb.Xatırladaq ki, turnirin ilk günündə klubun yetirməsi Nicat Şıxəlizadə (66
kq) gümüş medala yiyələnmişdi.