Futbol üzrə Azərbaycan I Divizionunda V tura üç qarşılaşma ilə start
verilib.Bu turda “Qaradağ Lökbatan” Zaqatalanın eyniadlı komandasını qəbul edib. Lökbatan
qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan
oyunda tərəflərin cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. Fasilədən
sonra komandamız hücumlarını davam etdirib və matçın 50-ci dəqiqəsində istəyinə
nail olub. Belə ki, Emin Mustafayevin vurduğu qol qarşılaşmanın taleyini həll
edən yeganə qol olub və “Qaradağ Lökbatan”a 3 xal qazandırıb.Beləliklə, xallarının sayını 13-ə çatdıran komandamız hazırda turnir
cədvəlində liderliyini davam etdirir.