Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında səmti müəyyən etmə
idman növü üzrə yarış keçirilib. Dağ turizmi üzrə idman ustası Vyaçeslav Filippovun
xatirəsinə həsr olunmuş ənənəvi turnirdə 100-ə yaxın idmançı mübarizə aparıb. İki
gün davam edən yarışda iştirakçılar dörd kateqoriya üzrə bacarıqlarını nümayiş
etdiriblər. Elektron sistemin tətbiqi ilə təşkil olunan turnir beynəlxalq
standartlara uyğun idman xəritələri üzrə keçirilib.”Neftçi İdman Klubu”nun yetirmələri yarışda öz fəallıqları ilə seçiliblər
və dörd medala sahib olublar. “K 21” kateqoriyasında Vladislav Tuzov bütün
rəqiblərindən üstün olub və qızıl medala layiq görülüb. Süleyman Əliyev isə
eyni kateqoriyada ikinci yeri tutub.Qadınlar arasında “Elit” kateqoriyasında dəfələrlə Azərbaycan çempionu
olmuş Nataliya Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.”Open” kateqoriyasında isə kişilər arasında klubun yetirməsi Fərid
Qasımzadə bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb.