Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə keçirilən
sərbəst güləş üzrə “Yuqra Kuboku” beynəlxalq turnirinə yekun vurulub. Yarışda Azərbaycan,
Rusiya, Almaniya, Macarıstan, İsrail, Qazaxıstan, Tacikistan, Türkiyə, Tunis,
Ukrayna, Qırğızıstan və Ermənistan pəhləvanları qüvvələrini sınayıblar.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan sərbəst
güləşçisi Mahir Əmiraslanov turnirin bürünc medalına sahib olub. 57 kiloqram
çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə rusiyalı
İsmail Qadjiyevi məğlubiyyətə uğradıb.