“Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə gənclər və
yeniyetmələr arasında Azərbaycan kuboku yarışı başa çatıb. Turnirdə “Neftçi
İdman Klubu” İB, “Təhsil” RİM, 13 saylı İOEUGİM komandaları, eləcə də Qaradağ,
Sumqayıt, Şəki, Şabran və Gədəbəy rayonundan olan 150-yə yaxın idmançı qalib
adı uğrunda yarışıb.Klubumuzun yarışa qatılmış tennisçilərindən Zemfira Mikayılova şəxsi
yarışlarda bürünc medal qazanıb. Qızlar arasında keçirilən qoşa yarışlarında
Zemfira Mikayılova – Xədicə Əbilzadə cütlüyü ikinci yeri tutub. Qarışıq-qoşa
yarışlarında isə İbrahim Ansari və Zemfira Mikayılovadan ibarət cütlük fəxri
kürsünün üçüncü pilləsində qərar tutub.