“Neftçi İdman Klubu”nun 19 yaşadək futbolçulardan ibarət komandası
Gürcüstanın Çakvi şəhərində təlim-məşq toplanışında olub.Oktyabrın 23-dən 30-dək davam edən toplantıda futbolçularımız paralel
olaraq bir sıra yoldaşlıq görüşlərində də özlərini sınayıblar. Komandamız bu
müddət ərzində dörd yoxlama oyunu keçirib. Futbolçularımız “Dinamo”nun (Batumi)
U-17 komandasını 3:0 hesabı ilə məğlub ediblər. Digər qarşılaşmalarda
komandamız rəqiblərinə eyni hesabla qalib gəlib. Belə ki, komandamız “Torpedo”nun
(Kutaisi) U-17, “Çakvi”nin U-19 komandaları, eləcə də Çakvi şəhərinin
həvəskarlardan ibarət komandası üzərində 4:1 hesabı ilə qələbə qazanıb.