Gənclər arasında boks
üzrə açıq Bakı birinciliyi keçirilib. Respublika Boks Mərkəzində təşkil olunan
yarışda 130 dəri əlcək ustası qalib adı uğrunda döyüşüb.Klubumuzun boksçularından
altısı paytaxt birinciliyinin mükafatlarına layiq görülüb. Onlardan 91
kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Vüqar Səmədov rəqib
tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mirmehdi Mehdizadə (49
kq), Şirxan Məlikov (52 kq), Murad Əlizadə (60 kq) gümüş, Amil İlyasov (56 kq)
və Əmri Novruzov (91 kq) isə bürünc medala sahib olublar.Klubumuzun gənc
boksçuları komanda hesabında 2-ci yeri tutublar.