Futbol üzrə
Azərbaycan çempionatının I Divizionunda VII tura yekun vurulub.Bu tur
çərçivəsində “Qaradağ Lökbatan” “Xəzər” komandasını qəbul edib.
Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan
qarşılaşma komandamızın aşkar üstünlüyü şəraitində keçib. Oyunun ilk
dəqiqələrindən irəli atılan futbolçularımız görüşün ikinci hissəsində rəqib
qapısından 2 cavabsız top keçiriblər. Komandamızın heyətində 46-cı dəqiqədə
Emin Mustafayev, 51-ci dəqiqədə isə Sabir Allahquliyev fərqlənib.Növbəti 3
xalını qazanan komandamız turnir cədvəlində liderliyini davam etdirir.