Yunanıstanın
Krit adasında keçirilən komandalararası Avropa çempionatında Azərbaycanın kişi
şahmatçılarından ibarət yığması qalib olub.Sonuncu
turda komandamız Ukrayna yığması ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə başa
çatıb. Bu komanda ilə heç-heçə oynayan şahmatçılarımız çempionatı 14 xalla
yekunlaşdırıblar.Sonuncu
turda Almaniya komandasını 3:1 hesablı məğlubiyyətə uğradan Rusiya yığması da
xallarının sayını 14-ə çatdırıb.Azərbaycan
millisi əlavə əmsallara görə turnir cədvəlində birinci yeri tutaraq Avropa
çempionu adını qazanıb. Rusiya ikinci, Ukrayna komandası isə üçüncü yeri tutub.Qeyd edək
ki, millimizin bu uğura imza atmasında “Neftçi İdman Klubu” böyük pay
sahibi olub. Belə ki, klubun yetirmələri – Teymur Rəcəbli və Eltac Səfərli Azərbaycan
yığmasının heyətində ölkəmizi layiqincə təmsil ediblər.Çempionatda
fərdi çıxışları ilə fərqlənən şahmatçılar arasında Teymur Rəcəbov da yer alıb. İkinci
lövhədə 5,5 xallıq nəticə göstərən şahmatçımız gümüş medala layiq görülüb.