Beynəlxalq
İdman Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Siyahıda “Neftçi İdman Klubu”nun
yetirməsi Ruslan Lunyov da yer alıb. Güllə atıcımız ötən ayla müqayisədə
mövqeyini xeyli yaxşılaşdırıb. O, 25 metr məsafəyə atəşaçmada iki rəqibini
qabaqlayaraq səkkizinci pilləyə yüksəlib. İdmançımızın aktivində 842 xal var. Lunyov
10 metr məsafəyə atəşaçmada isə öz yerini qoruyub. Təmsilçimiz yenə də 93 xalla
29-cu sıradadır.