Monteneqronun
paytaxtı Podqoritsada 23 yaşadək cüdoçular arasında Avropa birinciliyi
keçirilib. Yarışda 40 ölkədən 301 idmançı (168 oğlan, 133 qız) qalib adı
uğrunda mübarizəyə qoşulub.”Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Nəzakət
Əzizova mötəbər turnirin mükafatçıları sırasında yer alıb. 52 kiloqram çəki dərəcəsində
ölkəmizin şərəfini qoruyan idmançımız gənc qızlar arasında təşkil olunan
yarışda Avropa birinciliyinin bürünc medalına sahib olub.