Azərbaycan
I Divizionunda VIII turun oyunları keçirilib.”Qaradağ
Lökbatan” Tovuzda “Turan Tovuz”la üz-üzə gəlib. Turun mərkəzi
qarşılaşmasında qalib müəyyənləşməyib. Oyunun 38-ci dəqiqəsində Sabir
Allahquliyevin vurduğu qolla komandamız önə keçib. İlk hissəni məğlub durumda
başa vuran rəqib fasilədən sonra aktivliyini bir qədər artırıb. Matçın 66-cı dəqiqəsində
Elnur Səmədov komandamızın qapısına təyin olunan penaltı zərbəsini dəqiq yerinə
yetirərək hesaba tarazlıq gətirib – 1:1.Beləliklə,
tərəflər hərəyə bir xalı elə bir qolla qazanıblar.Qeyd
edək ki, ümumi xallarının sayını 20-yə çatdıran “Qaradağ Lökbatan”
turnir cədvəlində şəriksiz liderdir.