Futzal
üzrə ölkə çempionatının Yüksək Liqasında VII turun oyunları keçirilib.Bakı İdman
Sarayında təşkil olunan qarşılaşmalarda “Neftçi İdman Klubu” turnir cədvəlinin
liderlər qrupunda yer alan “Marafon Futsal”la üz-üzə gəlib. Gərgin mübarizə şəraitində
keçən oyun tərəflərin qarşılıqlı hücumları ilə müşayiət olunub. Qələbə qazanmağa
daha istəkli olan komandamız yekunda öz arzusuna çatıb. Futzalçılarımız güclü rəqiblərini
3:1 hesabı ilə məğlub ediblər. “Marafon Futsal” komandasının qapısından topları
Rüfət Balakişiyev (2:50, 39:28) və Tural Qurbanov (35:54) keçirib.Qeyd edək
ki, bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran komandamız 4-cü pilləyə
yüksəlib.