Futbol
üzrə Azərbaycan çempionatının I Divizionunda IX tura yekun vurulub.Bu tur
çərçivəsində “Qaradağ Lökbatan” Ağsunun eyniadlı komandasını qəbul edib.
Lökbatandakı Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşmada
komandamız növbəti qələbəsini qazanıb. Futbolçularımız rəqibi 4:1 hesabı ilə məğlubiyyətə
uğradıblar. 19-cu dəqiqədə Məhəmməd Xəlilov, 41-ci dəqiqədə isə Coşqun
Süleymanov fərqlənib. Digər iki qola isə komandamız ikinci hissədə imza atıb. Bu
dəfə matçın 68-ci dəqiqəsində Sabir Allahquliyev, artırma dəqiqələrində (90+4)
isə Samir Musayev adını tabloya yazdırıb.