Bakı İdman
Sarayında futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilib.”Neftçi
İdman Klubu” bu turda “Yasamal” komandası ilə qarşılaşıb. Oyun futzalçılarımızın
aşkar üstünlüyü şəraitində keçib. Cütün favoriti hesab edilən komandamız oyuna
diktə edən tərəf olub. Matçın sonuna qədər əzmkar mübarizəsini davam etdirən “Neftçi
İdman Klubu” rəqibi üzərində 6:2 hesablı qələbə qazanıb. Rüfət Balakişiyev
poker edib (3, 15:04, 30:13, 35:40). Davud Xolerdi (38:37) və Tural İsmayılov (39:15)
isə hərəyə bir dəfə fərqləniblər.Növbəti üç xalı altı qolla əldə edən komandamız
hazırda 13 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.