“Neftçi
İdman Klubu”nun təmsilçisi Bayram Gözəlov Yaponiyada kudo (daydo-cuko) döyüş
növü üzrə keçirilən 3-cü Asiya çempionatında böyük uğura imza atıb. 15 ölkədən
16 komandanın qatıldığı çempionatda 270 kateqoriyasında mübarizə aparan
kudoçumuz qızıl medal qazanıb və yarışın ən texnikalı idmançısı kimi də təltif
olunub.Qeyd edək
ki, ölkəmiz çempionatda bir idmançı ilə təmsil olunub.