Qəbələ
Olimpiya İdman Kompleksində taekvondo üzrə uşaq, yeniyetmə və gənclər arasında “Qabala
Open” beynəlxalq turniri keçirilib. Üç gün davam edən yarışda ölkəmizin 30 şəhər
və rayonundan, eləcə də Türkiyə, İraq, Gürcüstan və Rusiyadan 500-dən çox
idmançı bacarığını nümayiş etdirib.Klubumuzun taekvondoçularından 27 kq çəki dərəcəsində
mübarizə aparan Əzizağa Nəsibov uşaqlar arasında (2008-2009) turnirin bürünc
medalına layiq görülüb. Digər idmançımız Kənan Cavadzadə (55 kq) isə gənclər
arasında (2000-2002) eyni uğuru təkrarlayıb.