Bakı İdman Sarayında
kişilər, qadınlar və usta cüdoçular arasında Azərbaycan çempionatı davam edir.
Yarışın ikinci günündə kişilər arasında üç çəki dərəcəsində qaliblər müəyyənləşib.”Neftçi İdman Klubu”nun yetirmələri çempionatın ikinci günündə 4 medala sahib olublar. 90 kiloqram çəki dərəcəsində
mübarizə aparan Əbdülhəqq Rəsullu rəqib
tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Coşqun Abdullayev (81
kq) və Tural Səfquliyev (90 kq) gümüş, Telman Vəliyev (73 kq) isə bürünc medala
layiq görülüb.Xatırladaq ki, yarışın
ilk günündə daha 14 idmançımız medala (2 qızıl, 5 gümüş, 7 bürünc) yiyələnmişdi.Qeyd edək ki, sabah –
çempionatın sonuncu günündə 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində,
eləcə də usta cüdoçuların bütün yaş
qruplar və çəki dərəcələrində qaliblər müəyyənləşəcək.