Bakı İdman Sarayında
kişilər, qadınlar və usta cüdoçular arasında respublika çempionatına start verilib. Dekabrın 28-dək davam edəcək
yarışda 55 komandadan 497 idmançı çempionluq uğrunda mübarizəyə qoşulub.”Neftçi İdman Klubu”nun
təmsilçiləri çempionatın birinci günündə böyük əzmkarlıq nümayiş etdirərək 14 medala
(2 qızıl, 5 gümüş, 7 bürünc) yiyələniblər.Xanım cüdoçular arasında
təşkil olunan yarışda Leyla Əliyeva (48 kq) və Buyankşinq Purevsuren (52 kq) bütün
rəqibləri üzərində qələbə qazanaraq çempionluq sevinci yaşayıblar. Yalnız final
görüşündə məğlub olan Aişə Qurbanlı (48 kq), Erdenebat Bazarraqça (52 kq), Bəsti
Səfərova(63 kq), Ruqiyyə Özerdem (70 kq), və Nigar Cəfərova (+78 kq) gümüş
medala layiq görülüblər. Guz Şahnaz (48 kq), Şəfəq Məmmədova, Gülşən Nəzərova
(hər ikisi 52 kq), İçinxorlo Munktsedef (57 kq), Fidan Hüseynova (63 kq) və
Validə Mirzəzadə (70 kq) isə yarışı 3-cü yerdə başa vurublar.Kişilərin yarışında 66
kiloqram çəkidə çıxış edən cüdoçumuz İmran Sultanov da çempionatın bürünc medalına sahib olub.