“Sərhədçi” İdman
Olimpiya Mərkəzində 21 yaşadək gənc cüdoçuların açıq Bakı birinciliyinə start
verilib. Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
təşkilatçılığı ilə keçirilən yarışda 32 komandadan 318 cüdoçu (295 oğlan, 23
qız) qalib adı uğrunda mübarizəyə qoşulub.Yarışın ilk günündə 11 çəki
dərəcəsi üzrə qaliblər müəyyənləşib.”Neftçi İdman Klubu”nun
gənc cüdoçularından beşi mükafatçılar arasında yer alıb. Qızların yarışında Nigar
Cəfərova (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fatimə Hüseynova
(52 kq) 2-ci, Aytac Quluzadə (48 kq) və Cəmalə Muğumova (63 kq) isə 3-cü yeri
tutublar.Oğlanlar arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan
Vüsal Şamilov paytaxt birinciliyinin bürünc medalına layiq görülüb.