Respublika Boks Mərkəzində
2000-2001-ci illər təvəllüdlü idmançılar arasında ölkə birinciliyinə yekun
vurulub. Yarışda 38 komandanın tərkibində 140 dəri əlcək ustası qüvvəsini
sınayıb.Klubumuzun turnirə
qatılan gənc boksçularından üçü medallara sahib olub. Onlardan 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə
aparan Vüqar Səmədov məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıb.
Yalnız final görüşündəki rəqibi ilə bacarmayan Mirmehdi Mehdizadə (52 kq) gümüş
medala layiq görülüb. Eyni çəkidə çıxış edən Şirxan Məlikov isə respublika
üçüncüsü olub.