“Sərhədçi” İdman
Olimpiya Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb. Yarışda 46 komandadan 529 cüdoçu mübarizəyə qoşulub.”Neftçi İdman Klubu”nun yetirmələri
yarışın ilk gününü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurublar.Oğlanlar arasında Rza Yusufov (34 kq) və Fariz
Allahverdiyev (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 50 kiloqram
çəki dərəcəsində mübarizə aparan Hüseyn Əzizov isə 3-cü pillədə qərarlaşıb.Qızların yarışında Aydan
Vəliyeva (32 kq) və Qönçə Cəfərli (63 kq) qalib adını qazanıblar. Cəmilə Əsədova (44 kq) və
Firuzə Hacıverdiyeva (+63 kq) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər. Nigar Səhrabova
(36 kq) ilə Fatimə Kərimova (+52 kq) isə birinciliyi 3-cü yerdə başa vurublar.