Şağan Olimpiya İdman Kompleksində sambo üzrə Azərbaycan
birinciliyi və çempionatına yekun vurulub. Yeniyetmələr (2000-2002), gənclər
(1998-1999) və kişilər arasında keçirilən yarışda 500-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun
samboçuları böyük əzmkarlıq nümayiş etdirərək
turnirin 36 medalına (12 qızıl, 9 gümüş, 15 bürünc) sahib olublar.Yeniyetmələr arasında
Nurlan İsmayılov (48 kq), Mehman Mehdizadə (52 kq), Kamran Qasımov (65 kq) və
Ramil Abbasov (81 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıblar. Gənclərin yarışında Nurlan İsmayılov (48 kq), Eyvaz
Baxşıyev (57 kq), Bahadur Əsgərov (68 kq), Əli Nəzərli (82 kq) və Sənan
Hüseynov (90 kq) rəqib tanımayaraq ölkə çempionu adını qazanıblar. Kişilər
arasında təşkil olunan yarışda isə Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57
kq) və Ceyhun Hüseynov (82 kq) eyni uğura imza atıblar.