Fransanın paytaxtı
Parisdə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri başa çatıb. Yarışda 71 ölkədən
399 idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış qadın
cüdoçusu , 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən İrina
Kindzerska mötəbər turnirin bürünc medalını qazanıb. ABŞ, Belarus və Fransa
idmançılarına qalib gələn cüdoçumuz yalnız Yaponiya təmsilçisinə məğlub olub və
üçüncü yeri tutub.