Futbol üzrə Azərbaycan Birinci Divizionunun 2017/2018 mövsümündə qış fasiləsi başa çatıb.İkinci dövrə 14-cü turun oyunları ilə start götürüb. Bu turda “Qaradağ
Lökbatan” Zaqatalada eyniadlı klubun
qonağı olub. Zaqatala şəhər stadionunda keçirilən oyunda tərəflərin hər cür səy
göstərməsinə baxmayaraq, ilk hissədə qapılara qol vurulmayıb. Fasilədən sonra hücumlarının
kəsərini bir qədər də artıran futbolçularımız 64-cü dəqiqədə Sabir Allahquliyevin vurduğu qolla istəklərinə
çatıblar. 74-cü dəqiqədə rəqibin heyətində Haqverdi Həsənov hesabda tarazlığı bərpa
edib – 1:1. Cəmi altı dəqiqə sonra Həbib Ağayevin yetirmələri yenidən önə keçiblər.
Bu dəfə Elvin Adışirinli adını tabloya yazdırıb. Beləliklə, matç komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Qeyd edək ki, 14-cü turdan sonra xallarının sayını 38-ə yüksəldən “Qaradağ
Lökbatan” hazırda turnir cədvəlinin
vahid lideridir.