“Sərhədçi” İdman Olimpiya Mərkəzində 21 yaşadək cüdoçular arasında Azərbaycan
birinciliyi start götürüb. Yarışda 64 komandanın heyətində 408-i oğlan, 59-u
qız olmaqla 467 idmançı çempionluq uğrunda mübarizə aparır. Turnirin ilk günündə
oğlanların yarışında 55 və 60 kiloqram, qızların mübarizəsində isə bütün çəki dərəcələrində
qaliblər müəyyənləşib.”Neftçi İdman Klubu”nun gənc cüdoçularından Balabəy Ağayev (55 kq) əzmkarlıq
nümayiş etdirərək ölkə çempionu adını qazanıb. Əhməd Yusifov (60 kq) isə fəxri
kürsünün 3-cü pilləsində qərarlaşıb.Xanım idmançıların yarışında 63 kiloqram çəkidə çıxış edən Fidan
Hüseynova yalnız final görüşündəki rəqibi ilə bacara bilməyib və gümüş medala
layiq görülüb. Aytac Quluzadə (48 kq), İlahə Əhlimanova (52 kq) və Bəsti Səfərova
(63 kq) isə respublika birinciliyini 3-cü yerdə başa vurublar.