“Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında futtennis üzrə turnir keçirdi. Qurumun İdman Zalı Kompleksində
təşkil olunan yarışda Heydər Əliyev
adına Neft Emalı Zavodu, “Bos Şelf” MMC,
“Qaz İxrac” İdarəsi, Ekologiya İdarəsi, “28 May” NQÇİ və Nəqliyyat İdarəsinin komandaları mübarizə
aparırdı. Üç gün davam edən turnir
(19-21 fevral) dairəvi sistemlə keçirilirdi.İştirak etdiyi beş
qaşılaşmanın dördünü qələbə ilə başa vuran və yalnız bir oyundan məğlub ayrılan
Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası 12 xalla turnirin qalibi
adını qazandı. “Qaz İxrac” İdarəsi ikinci, “Bos Şelf” MMC-nin komandası isə üçüncü yeri tutdu.Qalib və mükafatçılara “Neftçi
İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olundu.