Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi
üzrə Azərbaycan birinciliyi başa çatıb. Yeniyetmələrin yarışında 2001-2003-cü, gənclərin mübarizəsində isə 1998-2000-ci illər
təvəllüdlü idmançılar güclərini sınayıblar.Klubumuzun yeniyetmə güləşçiləri respublika birinciliyinin 10 medalına
(3 gümüş, 7 bürünc) yiyələniblər. Medallardan beşini (1 gümüş, 4
bürünc) sərbəst güləşçilər, beşini (2 gümüş, 3 bürünc) isə yunan-Roma güləşçiləri əldə ediblər.Gənclər arasında təşkil olunan yarışda təmsilçilərimiz 12 medal (4 qızıl,
2 gümüş, 6 bürünc) qazanıblar. Sərbəst güləşçilərimizdən 61 kiloqram çəki dərəcəsində
mübarizə aparan İntiqam Vəlizadə bütün qaşılaşmalardan qalib ayrılaraq Azərbaycan
çempionu adını qazanıb. Yunan-Roma güləşçilərimizdən isə Elşad Məmmədov (60
kq), Kamran Mirzəliyev (63 kq) və Ülvi Qənizadə (72 kq) eyni uğuru təkrarlayaraq
fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qeyd edək ki, gənc yunan-Roma güləşçilərimiz komanda hesabında
birinci yeri tutublar.