“Neftçi İdman Klubu”nun üzgüçüsü
Boris Kirilov böyük əzmkarlıq nümayiş
etdirərək bir yarışda 5 qızıl medala yiyələnib.
Təmsilçimiz Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə respublika qış
çempionatında bu uğura imza atıb. 50 və 100 metr məsafəyə sərbəst, eyni məsafələrə
arxası üstə, eləcə də 50 metr məsafəyə baterfləy üsulla üzmə yarışlarının hər
birində finişə birinci çatan Boris Kirilov bu turnirdə beşqat Azərbaycan
çempionu olub.