Bakı Atıcılıq Mərkəzində paralimpiyaçılar
arasında güllə atıcılığı üzrə “Unibank” kuboku keçirilib.”Neftçi İdman Klubu”nun
təmsilçiləri turnirin iki medalına sahib olublar. Qadınların pnevmatik tapançadan (PTÇ-2) 10 metr məsafəyə atəşaçma yarışında idmançımız Aybəniz
Babayeva 538 xal toplayaraq qalib adını qazanıb. Gülnarə
Niftəliyeva isə 468 xalla gümüş medala layiq görülüb.