Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyi sona yetib. Respublika Boks
Mərkəzində təşkil olunan turnirdə
paytaxt və müxtəlif bölgələri təmsil edən
50-yə yaxın komandanın tərkibində 375 idmançı yarışıb. Altı gün davam edən
birincilikdə yeniyetmə boksçular 14 çəki dərəcəsi üzrə mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun yetirmələri yarışın 6 medalına sahib olublar.
Boksçularımızdan 57 kiloqram çəkidə çıxış edən Elgün Sultanov finala
qədər irəliləməyi bacarıb. Lakin həlledici qarşılaşmada məğlubiyyət acısı
yaşayan təmsilçimiz gümüş medala layiq
görülüb. Zabit Əliyev, Əli İsgəndərov (hər ikisi 48 kq), İlqar Tanrıverdiyev
(52 kq), Ümid İbrahimli (70 kq) və Jokhannes Nuriyev (+91 kq) isə ölkə
birinciliyini 3-cü yerdə başa vurublar.