“Sərhədçi” İdman
Olimpiya Mərkəzində on beş yaşadək cüdoçular arasında keçirilən respublika birinciliyinə yekun
vurulub.Yarışın sonuncu günündə klubumuzun yetirmələrindən 55 kiloqram
çəki dərəcəsində mübarizə aparan
Süleyman Əliyev bütün qarşılaşmaları qələbə ilə başa vuraraq Azərbaycan
çempionu adını qazanıb.Xatırladaq ki, turnirin əvvəlki günlərində yeniyetmə
cüdoçularımız daha 5 medala (3 qızıl, 1 gümüş, 1 bürünc) sahib
olmuşdular.”Neftçi İdman Klubu”
ümumi komanda hesabında birinci yeri
tutub.Qeyd edək ki, respublika birinciliyinə 74 komandadan 651
idmançı (567 oğlan, 84 qız) qatılmışdı.