“Neftçi İdman Klubu”nun
təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi
işçiləri arasında Novruz bayramına həsr olunmuş voleybol turniri keçirilib. Martın
12-də start götürmüş yarış (12-16 mart) İdman Zalı Kompleksində gerçəkləşib. Dairəvi
sistemlə keçirilən turnirdə “Bos Şelf” MMC, “Neft Daşları” NQÇİ, “Neftqaztikinti” Tresti, “Qaz İxrac” İdarəsi,
“SOCAR Petroleum” ASC, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, “28 May” NQÇİ və Nəqliyyat İdarəsinin
komandaları mübarizə aparıblar.”Bos Şelf” keçirdiyi yeddi oyunun hamısını qələbə ilə
yekunlaşdırıb. Nəticədə 21 xal toplayan komanda turnirin qalibi adını qazanıb. Altı
görüşü qələbəylə başa vuraraq bir qarşılaşmadan məğlub ayrılan “Neft Daşları”
(18 xal) ikinci, beş qələbə sevinci və iki məğlubiyyət acısı yaşayan Nəqliyyat
İdarəsinin komandası (15 xal) isə üçüncü yeri tutub.Birinci, ikinci və
üçüncü yeri tutan komandalar “Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri
ilə mükafatlandırılıblar.