“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə ölkə
birinciliyi sona yetib. 2000-2002, 2003-cü illər təvəllüdlü və daha azyaşlı oğlan və qızlar
arasında təşkil olunan yarışda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Salyan, Gədəbəyi
təmsil edən komandalardan 100-dən çox idmançı bacarığını nümayiş etdirib.”Neftçi İdman Klubu”nun
yetirmələrindən Vahid Cavanşirov komanda
(Bakı) yarışında qızıl medala yiyələnib. Zemfira Mikayılova isə ikinci yeri
tutub. Bu idmançımız Şəxsi yarışlarda da eyni uğura imza atıb. Qoşa yarışlarında
Xədicə Əbilzadə və Zemfira Mikayılovadan
ibarət cütlük bürünc medal qazanıb. Qarışıq – qoşa yarışlarında isə İbrahim
Ansari-Zemfira Mikayılova cütlüyü gümüş medala layiq görülüb.