İsmayıllı Olimpiya İdman Kompleksində gənclər və
yeniyetmələr arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib.İyirmi beş komandanı təmsil edən idmançıların qatıldığı
yarışda klubumuzun yeniyetmə kikboksçuları da qüvvələrini sınayıblar. Əzmlə vuruşan idmançılarımız 5-i qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla, ölkə birinciliyinin 12 medalını
əldə ediblər. Onlardan Əli Atayev (45
kq), Emin Əliyev (48 kq), Vüsal Kazımov (54 kq), Elşad Şahbazov (67 kq) və
Elcan Alkişiyev (75 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionluğunu
bayram ediblər.Qeyd edək ki, yeniyetmə
kikboksçularımız komanda hesabında birinci yeri tutublar.