Rusiyanın paytaxtı
Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə dünya
kubokuna yekun vurulub. 26 ölkədən 200-dən
çox idmançının qalib adı uğrunda yarışdığı
turnir gərgin mübarizə şəraitində keçib.Azərbaycan millisi mötəbər yarışın 2 qızıl medalına yiyələnib ki,
onların da hər ikisini ölkəmizə “Neftçi İdman Klubu”nun samboçuları qazandırıblar.Təmsilçilərimiz
Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) bütün görüşləri qələbə ilə başa
vuraraq dünya kubokunun qalibi olublar.