I
Divizionda 24-cü turun oyunlarına start verilib.Bu
tur çərçivəsində “Qaradağ Lökbatan” “Şüvəlan”ın qonağı olub. “AZAL Arena”da təşkil
olunan qarşılaşmadan komandalar hərəyə 1 xalla ayrılıblar. 14-cü dəqiqədə Mübarək
Şaquliyev rəqibi önə çıxarıb. Fasiləyə qədər hesab dəyişməsə də, 71-ci dəqiqədə
komandamız Ruslan Tağızadənin vurduğu qolla hesaba tarazlıq gətirib – 1:1. Matç
elə bu hesabla da başa çatıb.