“Sərhədçi” İdman
Olimpiya Mərkəzində cüdo üzrə Türk Şurası Universitet İdman Oyunları keçirilib. İki gün davam edən turnirdə
Azərbaycan, Türkiyə və Qazaxıstan idmançıları qalib adı uğrunda yarışıblar.”Neftçi İdman Klubu”nun
yığma komandamızın heyətində təmsil olunan cüdoçularından 4-ü turnirin medalına layiq görülüb. Onlardan 66 kiloqram çəki dərəcəsində mübarizə aparan
İlkin Babazadə və Telman Vəliyev (73 kq) rəqib tanımayaraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıblar. Xanım idmançılarımızdan
Şəfəq Məmmədova (52 kq)
gümüş, Səkinə Zairova (57 kq) isə
bürünc medala yiyələnib.