İsrailin Tel-Əviv
şəhərində keçirilən cüdo üzrə Avropa çempionatıına yekun vurulub.Azərbaycan
millisi mötəbər turnirin iki medalına sahib olub. Əldə olunan medalların hər
ikisini ölkəmizə “Neftçi İdman Klubu”nun yetirmələri qazandırıb. Cüdoçularımızdan
73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov Avropa çempionatının gümüş medalına layiq
görülüb. Zelim Kotsoyev (100 kq) isə yarışı üçüncü pillədə başa vurub.